Ru
15:34 / 07 Dekabr 2023

Bu iranlılar Kanadadan qovulur

Bu iranlılar Kanadadan qovulur
2018

İrana bağlı vəzifəli şəxslər Kanadadan qovulur

Bakupost.az xəbər verir ki, Kanadanın Sərhəd Təhlükəsizliyi Agentliyinin sözçüsü Mariya Laduser bildirib ki, Kanada hökuməti İranla əlaqəsi olan 10 vəzifəli şəxsin ölkədən qovulmasına qərar verib.

O, İran hakimiyyətinə yaxın daha 9 şəxsin işinin araşdırılması üçün sənədlərin Qaçqınlar Komissiyasına göndərildiyini qeyd edib.

Məlumata görə, Kanadadan çıxarılmasına qərar verilən şəxslər arasında bundan öncə İranda baş verən etiraz aksiyalarının yatırılmasında fəal iştirak etmiş Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşlarının da adları var.

Qeyd edək ki, Kanadada yaşayan və İran hakimiyyəti ilə əlaqəli olan 141 nəfər barədə tədqiqat başladılıb.


Elnur
BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar