Ru
09:51 / 13 Fevral 2025

Bu işçilər iş yerini özü seçəcək - Evə daha yaxın

Bu işçilər iş yerini özü seçəcək - Evə daha yaxın
1374

Tibb müəssisələrində iş yerini evə yaxınlaşdıran yeni layihənin icrasına başlanılıb.

Bakupost.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, işçilərin məmnunluq səviyyəsinin artırılmasına və iş effektivliyinin yüksəldilməsinə hədəflənən “Evimə yaxın iş” layihəsi çərçivəsində Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrində (Bakı şəhəri üzrə ilkin səhiyyə xidməti göstərən tibb müəssisələri) çalışan tibb və qeyri-tibb işçilərinin faktiki yaşayış ünvanlarına daha yaxın ərazilərdə olan tibb müəssisələrinə iş yerinin dəyişdirilməsi imkanı verilir.

Layihənin ilkin mərhələsində Bakı şəhəri üzrə ilkin səhiyyə xidməti göstərən bütün tabeli tibb müəssisələrinə işçilərin qeydiyyatdan keçmələri üçün onlayn anket forması təqdim olunub. Həmin anket formalarına öz məlumatlarını və istəklərini daxil etməklə əməkdaşlar qeydiyyatdan keçə bilər. Növbəti mərhələdə müraciətlər TƏBİB tərəfindən dəyərləndirilir və əldə olunan nəticəyə dair Bakı Baş Səhiyyə Mərkəzinə müvafiq məlumatlar təqdim edilir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar