Ru
22:04 / 23 Aprel 2025

Bu kənddə xəstələnən peşman olur - VİDEO

Bu kənddə xəstələnən peşman olur - VİDEO
Eye

Quba rayonunun Kardaş kəndində illərdir mövcud olan körpü problemi hələ də öz həllini tapmayıb.

“Qafqazinfo”nun məlumatına görə, sakinlər bildirir ki, çayın üzərində sabit körpünün olmaması səbəbindən kəndə yalnız iri yük avtomobilləri ilə daxil olmaq mümkündür.

“Son günlərdə çayda suyun səviyyəsinin artması ilə vəziyyət daha da ağırlaşıb. Artıq avtomobillərin kəndə girişi tamamilə mümkün deyil” - sakinlər bildirir.

Qeyd olunur ki, çağırışa gələn təcili yardım maşını da kəndə daxil ola bilməyib. Nəticədə xəstə, yaxınlarının köməyi ilə xərəklə çayın digər tərəfinə keçirilib.

Həmin anın videosunu təqdim edirik:
" target="_blank">

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar