Ru
14:28 / 21 Dekabr 2024

"Bu maşına nifrət edirəm" - Xpeng g9 alan Bakı sakini niyə peşman oldu? - ŞOK DETALLAR

"Bu maşına nifrət edirəm" - Xpeng g9 alan Bakı sakini niyə peşman oldu? - ŞOK DETALLAR
1243

Son illər Azərbaycan bazarında Çin istehsalı olan avtomobillərə maraq kəskin artıb. Bu da təsadüfi deyil. Belə ki, Çin avtomobillərinin görünüşü və qiymətlərinin ucuz olması onları alıcılar üçün cəlbedici edir.

Ancaq digər məhsulları kimi, Çinin avtomobillərinin keyfiyyətindən şikayət edənlər də var. Xüsusən də 2021-ci ilin noyabrından istehsal edilən və Azərbayacana gətirilən Xpeng g9-ların heç də həmişə alıcıların ümidlərini doğrultmadığı bildirilir.

Bakupost.az Xpeng g9 alan və peşman olduğunu deyən Tural Məmmədzadənin - Qrafik dizayner fikirlərini təqdim edir:



"Maşının sürətlənməsini çox bəyənib almışdım, 0-100 3.9 saniyə idi və davamlı olaraq da həmişə status və "story"lərimdə bu maşını necə gözəl olduğunu tam təmənnasız olaraq paylaşırdım. Ta ki ciddi problemlər baş qaldırana qədər.

Maşını alarkən bir çox vədlər verilmişdi, apple carplay android auto və e-sim avqustun sonuna qədər gələcəkdi. Əlavə olaraq maşının bütün ehtiyyat hissələrinin hal-hazırda anbarda olduğu, əgər hər hansı problem olarsa, ən pis halda donor avtomobildən ehtiyyat hissəsinin çıxarılıb maşına taxılacağı mənə və maşını almağa gedəndə yanımda olan dostuma, eləcə də bu maşını alan başqa şəxslərə deyilmişdi. Elə maşını alanda əsas səbəblərdən biri də o oldu ki, niyə Çindən maşını alım ki?! Bakıda rəsmi servisi var, buradan alsam, bütün ehtiyyat hissələri əl altındadır, satanda da söz veriblər hər şey var".

T.Məmmədzadə qeyd edib ki maşın artıq 7200 kilometrdədir və artıq ona nifrət edir:

"1.Artıq dekabrdır və söz verilən carplay və e-sim gəlməyib (deyilənə görə hələ indi bir neçə günə e-sim gələcək). Amma ikinci problemimin yanında bu mənim üçün artıq çox önəmsizdir

2.Maşın haradasa təqribi olaraq bir ay əvvəl "Performance limited" erroru verməyə başladı. Maşının performansında sürətdə qısıtlama hiss eləməyə başladım. Artıq əvvəlki kimi getmirdi. Maşını servisə apardım və nə az, nə çox 10 gün orada qaldı. 10 gün maşında olan qüsurun nədən qaynaqlandığını axtarıb tapmağa çalışdılar. On gün ikinci maşınımı sürməli oldum və hər gün də bu maşına 98 benzin tökməli oldum. On günün sonunda maşının iverterində problem olduğunu, zavod defekti olduğunu və qarantiyadan problemin qarşılanacağını dedilər.

Sevindim ki artıq problem tapılıb və söz verdikləri kimi ehtiyat hissəsi də anbarda var. Bir də nə öyrənsəm, yaxşıdır: sən demə, bu ehtiyat hissəsi yoxdur və Çindən sifarişlə gələcək. Artıq bunu öyrəndiyimin üzərindən 20, bu problemin olmasının üzərindən 30 günə yaxın vaxt keçir.



Bu vaxt ərzində nə mənə ehtiyat hissəsinin gələcəyi dəqiq vaxt deyilməyib. Donor maşından istifadə edilməyib (Deyirlər ki, donor maşından çıxarıb taxmaq olmaz. Bəzi servis nümayəndələri isə bildirir ki, ehtiyat hissəsi vin kodla maşına yazılırmış və s... Hansı ki digər hərəkətlərinə əsasən bu məsələdə səmimiliklərinə inanmıram). Bu maşını əvəzləyəcək başqa maşın verməyiblər, hazırda maşının sürətlənməsində çox pis düşüş var və demək olar ki, bir aydan çoxdur diskomfort yaşayıram. Hələ də ehtiyat hissəsinin nə vaxt gəlib çatacağı ilə bağlı xəbər yoxdur. İki gün əvvəl Xpeng rəhbərliyi ilə danışdıq və yenə də 19 dekabrda dəqiq vaxt deyiləcəyi xəbəri verilsə də, heç bir yenilik yoxdur.

Maşın alınarkən verilən vədlərin heç biri yerinə yetirilməyib. Son olaraq maşının problemləri ilə bağlı Xpeng rəhbərliyi ilə görüşümdə isə nə problem həll olunana qədər servis tərəfdən maşınla təmin olunacağımı, nə də problemin dəqiq olaraq nə vaxt aradan qalxacağını demədilər. Dediklərinə əsasən, maşın üç ay servisdə qalarsa və həll yolu tapılmazsa, problem həll olunana qədər maşınla təmin ediləcəym. Hal-hazırda bu maşını aldığıma çox peşmanam".

Zaur, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar