Hansı bank etibarlıdır? - SORĞU
Ru
09:06 / 31 May 2024

Bu məhsulları torbalarda saxlamaq olmaz – Təhlükəlidir

11604
Yeməyin təmizliyini və dadını qorumaq üçün əksər qidalar polietilen torbalarda saxlanılır. Lakin bəzi qidaları torbalarda saxlamaq olmaz. Bu məhsullar polietilen torbalarda saxlandıqda xarab ola və ya qida dəyərini dəyişə bilər.

Bakupost.az təqdim edir:

Polietilen torbalarda saxlanılan bu məhsullar qida dəyərini itirməklə yanaşı, vaxtından əvvəl xarab olur.




Bu məhsullardan ən önəmlisi çörəkdir. Çörəklər torbalarda saxlandıqda daha tez köhnəlməyə başlayır. Bu səbəbdən torbalarda deyil, parça və ya kağız torbalarda saxlamaq daha yaxşı olardı.


Pendir də torbalarda saxlanılmamalı olan məhsullar sırasındadır. Pendirlər təravətini və dadını qorumaq üçün havaya ehtiyacı olan qidalardır. Onların torbalarda saxlanması nəmin qatılaşmasına, bakteriyaların və kiflərin yaranmasına şərait yaradaraq keyfiyyətinə və dadına mənfi təsir göstərir.





Kartof, soğan və sarımsaq kimi tərəvəzlərin kökləri çürümənin qarşısını almaq üçün yaxşı havalandırılan sərin, qaranlıq yerə ehtiyac duyur. Torbalar isə artıq nəmlik yaradır. Bu da məhsulların tez xarab olmasına səbəb olur.

Göyərtilərə də hava lazımdır. Torbalar düzgün hava dövranının qarşısını ala bilər, bu da xarab olma prosesini sürətləndirir. Onları mümkün qədər uzun müddət təzə saxlamaq üçün soyuducuda bir stəkan suda saxlamaq yaxşıdır.





Bəlkə də ən çox saxlanılan məhsullardan olan un və şəkər torbalarda saxlandıqda nəm çəkə və kiflənməyə başlaya bilər. Bu məhsulları hava keçirməyən qablarda və ya bankalarda saxlamaq daha yaxşıdır.


Aygün
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar