Ru
16:23 / 02 Dekabr 2024

Bu ölkə fahişələrə digər işçilərlə eyni hüquq VERDİ

Bu ölkə fahişələrə digər işçilərlə eyni hüquq VERDİ
Eye

Belçika dünyada fahişələrə (seks işçilərinə) digər sektorda çalışan işçilərlə eyni hüquqlar verən ilk ölkə olub.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, dekabrın 1-dən ölkədə fahişəliklə məşğul olan kişi və qadınlara işəgötürənlə əmək müqaviləsi bağlamaq hüququ verən qanun qüvvəyə minib.

Əmək müqaviləsində işçinin sosial təminatı və tibbi sığortası ilə bağlı müddəalar yer alacaq. Tarixdə ilk dəfə olaraq bu sektorun işçiləri xəstəlik məzuniyyəti, analıq müavinəti və pensiya hüququna malik olacaqlar. Bundan əlavə, artıq fahişələr əməyə görə pul mükafatının məbləğini təyin edə, eləcə də iş gününün uzunluğunu tənzimləyə biləcəklər.

Ekspertlər deyir ki, hələlik bu qanunun təsiri kifayət qədər məhduddur. Qanun küçə fahişəliyinə şamil edilmir.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar