Ru
13:22 / 24 Yanvar 2025

Bu ölkə ölüm hökmünü bərpa edə bilər

Bu ölkə ölüm hökmünü bərpa edə bilər
688

Britaniya parlamentində ölüm hökmünün qaytarılması müzakirə edilib.

Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ölkə parlamentinin İcmalar Palatasının (aşağı palata) "Reform UK" partiyasından olan üzvü Rupert Lou Britaniyada üç qızın səs-küylü qətlindən sonra təklif edib.

"Məncə, müstəsna hallarda ölüm hökmünün tətbiqi ilə bağlı milli müzakirələrin vaxtı çatıb. Bu, müstəsna haldır", - deyə deputat X-də yazıb.

Xatırladaq ki, Britaniya 1998-ci ildə İnsan Haqları Aktı qüvvəyə mindikdən sonra ölüm hökmünü ləğv edib. Ölkədə sonuncu dəfə belə bir cəza 1964-cü ildə qətl və quldurluqda təqsirli bilinən Qvin Evans və Piter Allenə qarşı tətbiq edilib.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar