Ru
18:32 / 04 Mart 2025

Bu ölkə Rusiyadan neft alışını dayandırdı

Bu ölkə Rusiyadan neft alışını dayandırdı
Eye

Rusiya neftinin “Drujba” kəməri ilə Çexiyaya axını dayanıb.

Bakupost.az xəbər verir ki, bu barədə Çexiyanın “Dennik N” nəşri ölkə hakimiyyətinə istinadən məlumat yayıb.

"Rusiyanın "Drujba" neft kəmərindən neftin Çexiyaya axını yenidən dayanıb", - deyə sənaye və ticarət naziri Lukaş Vlçek xəbəri təsdiqləyib.

Onun sözlərinə görə, Çexiya firmaları və ev təsərrüfatlarını qıtlıq təhlükəsi gözləmir.

Qeyd olunur ki, Çexiya idxal olunan neftin ümumi həcminin 58%-ni məhz bu kəmərlə alırdı." Drujba" vasitəsilə Çexiyaya neft tədarükü sonuncu dəfə 2024-cü ilin dekabrında dayanmışdı - o zaman ölkə hakimiyyəti bunun müəyyən “inzibati səbəblər”lə bağlı olduğunu iddia etmişdi.

Yanvarda Rusiya hökuməti yanında Maliyyə Universitetinin eksperti, Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov demişdi ki, Çexiya Rusiya Federasiyasından neft tədarükündən imtina edərsə, bu, onun üçün iqtisadi cəhətdən sərfəli olmayacaq.

Zaur,BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar