Bolqarıstanda 103 ildə ilk dəfə vəba aşkarlanıb.
Bakupost.az “Report”a istinadən xəbər verir ki, xəstəliyi Bolqarıstanda daimi yaşayan 23 yaşlı hindistanlı, avqustun 2-dən 23-dək vətənində olmuş gənc gətirib. Gəncdə vəba əlamətləri sentyabrın 3-də özünü göstərib.
O, həkimlərin nəzarəti altındadır. Qeyd olunur ki, xəstənin ümumi vəziyyəti yaxşıdır. Onunla birlikdə yaşayan kişi karantinə alınıb.
Qeyd edək ki, Bolqarıstanda son vəba epidemiyası 1914-1918-ci illər arasında baş verib.