Yunanıstanda 4 günlük matəm elan olundu
Yunanıstanda keçmiş baş nazir Kostas Simitisin vəfatı ilə əlaqədar 4 günlük milli matəm elan edilib.
Bakupost.az xəbər verir ki, bütün dövlət müəssisələrində bayraqlar yarıya endiriləcək.
Ötən gün dünyasını dəyişən 88 yaşlı Simitisin dəfn xərcləri dövlət büdcəsindən qarşılanacaq. Mərasim yanvarın 9-da keçiriləcək.