Böyük Britaniyada hər il 1100-dən çox insan havanın çirklənməsi nəticəsində ağciyər xərçənginin ən çox yayılmış forması ilə xəstələnir.
Bakupost.az xəbər verir ki, bu barədə "Guardian" yazıb.
Ümumdünya Səhiyyə Təşkilatının onkoloji agentliyi tərəfindən aparılan təhlilə görə, 2022-ci ildə zəhərli havanın təsiri nəticəsində Böyük Britaniyada 515 kişi və 590 qadın ağciyər xərçəngin əsas dörd alt növü arasında ən çox yayılmış formasına, adenokarsinom xəstəliyinə tutulub.
Təhlillərə əsasən, Böyük Britaniyadai adenokarsinoma xəstəliyinin səviyyəsi ABŞ və Kanadadan daha yüksək, Şimali Avropada ən aşağı səviyyənin qeydə alındığı Finlandiya ilə müqayisədə dörd dəfə yüksəkdir.
Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi ilk dəfə olaraq bu cür məlumatları dərc edib. Səhiyyə mütəxəssisləri, xərçənglə mübarizə aparan xeyriyyə təşkilatları və ekoloji kampaniya fəalları Böyük Britaniyada aparılan tədqiqatının nəticələrinin “dəhşətli” adlandırıb və nazirlər üçün “oyanış zəngi” rolunu oynamalı olduğunu bildiriblər:
"Nazirlər havanın çirklənməsinə qarşı mübarizə tədbirləri görməlidirlər. Əgər etməsələr, daha çox insan ağciyər xərçəngindən öləcək".
Lalə, BakuPost