Ru
17:05 / 28 Yanvar 2025

Bu ölkədə dünyanın ən hündür Məryəm Ana heykəli ucaldılacaq

Bu ölkədə dünyanın ən hündür Məryəm Ana heykəli ucaldılacaq
Eye


Polşanın Konotop kəndində dünyanın ən hündür Məryəm Ana heykəli ucaldılacaq.

Bakupost.az xəbər verir ki, bu barədə TVN 24 telekanalı məlumat yayıb.

55 metr hündürlüyündə olacaq abidə Polşanın şimalında, Torun şəhəri yaxınlığındakı Kikul bələdiyyəsinin Konotopa kəndində ucaldılacaq. Onun tikintisini ən zəngin yerli iş adamlarından biri olan Roman Kartosik maliyyələşdirəcək.

Heykəlin tikintisinə iki həftə əvvəl başlanılıb, bunun üçün icazə isə 2024-cü ilin oktyabrında verilib.

Məryəmin heykəlinin 2026-cı ilə qədər ucaldılması gözlənilir. Layihənin qiyməti hələ məlum deyil.

Lalə, BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar