Ru
20:38 / 04 Yanvar 2025

Bu ölkədə ictimai nəqliyyat pulsuzdur

 Bu ölkədə ictimai nəqliyyat pulsuzdur
1833

2025-ci il yanvarın 1-dən etibarən Serbiyanın paytaxtı Belqrad bütün sakinlər üçün ictimai nəqliyyatı ödənişsiz edib.

Bakupost.az Trend-ə istinadən xəbər verir ki, təxminən 1,7 milyon əhalisi olan Belqrad, Avropada 500 mindən çox əhalisi olan və ictimai nəqliyyat xidmətlərinin hamı üçün ödənişsiz olduğu ilk şəhərdir.

Belqrad meri Aleksandar Şapiç, şəhərin ictimai nəqliyyat sistemində davamlı islahatların həyata keçirildiyini və qarşıdakı üç il ərzində avtobus parkının tamamilə yenilənəcəyini bəyan edib.

Qeyd edək ki, Belqrad şəhər administrasiyası ictimai nəqliyyatın subsidiyalaşdırılması üçün hər il 250 milyon avro ayırır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar