Ru
13:39 / 20 Yanvar 2025

Bu ölkədə matəm elan olundu

Bu ölkədə matəm elan olundu
556

Kuba hökuməti Olqin əyalətində baş verən sursat anbarı partlayışı zamanı həlak olan hərbçilərə görə 20 yanvar tarixini matəm günü elan edib.

Bakupost.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Migel Dias-Kanel Bermudes sosial şəbəkə hesabında məlumat yayıb.

“Olqin hərbi dairəsindəki sursat anbarında baş vermiş faciə nəticəsində həyatını itirən igid hərbçilərin xatirəsini yad etmək məqsədilə 20 yanvar tarixi səhər saat 6-dan gecə yarısına qədər matəm günü kimi qeyd olunacaq”, - deyə dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, yanvarın 7-də sursat anbarında baş verən partlayış nəticəsində 13 hərbçi həyatını itirib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar