Ru
20:24 / 05 Oktyabr 2024

Bu ölkədə meymunçiçəyi virusundan minə yaxın insan öldü

Bu ölkədə meymunçiçəyi virusundan minə yaxın insan öldü
2220

Konqo Demokratik Respublikasında (KDR) bu il “mpox” (meymunçiçəyi) xəstəliyinə yoluxma hallarının sayı 30 mini keçib, minə yaxın insan ölüb.

Bakupost.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Samuel Roje Kamba bildirib.

“2024-cü ilin əvvəlindən bəri Konqo DR-də 31 minə yaxın “mpox”a yoluxma hadisəsi və bu virusla bağlı 988 ölüm hadisəsi baş verib”, - o deyib.

Nazir əlavə edib ki, ölənlərin 70%-i beş yaşa qədər olan uşaqlardır: “Ölkənin 26 əyalətinin hamısında mpox xəstəliyinə yoluxma halları müəyyən edilib. Konqo hökumətinin planlarına görə, 5 milyona qədər insan peyvənd olunacaq”.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar