Ru
10:00 / 01 Yanvar 2025

Bu ölkədə ölüm hökmü ləğv edildi

Bu ölkədə ölüm hökmü ləğv edildi
968

Zimbabvedə ölüm hökmü ləğv edilib.

Bakupost.az xəbər verir ki, prezident Emmerson Mnanqavanın 31 dekabrda imzaladığı fərman yanvarın 1-də qüvvəyə minib. Barəsində ölüm hökmü çıxarılmış şəxslərin cəzaları ömürlük həbslə əvəzlənib.

Ölkədə ölüm hökmünün icrasına 2005-ci ildən moratorium qoyulsa da, məhkəmələr hökm çıxara bilirdi. Artıq bu gündən prokurorlar ölüm hökmü çıxarılmasını tələb edə, məhkəmələr isə bu cəzanı təyin edə bilməz.

2024-cü ilin yanvarına olan məlumata görə, ölkədə təxminən 60 nəfər barəsində ölüm hökmü çıxarılan şəxs var.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar