Ru
10:59 / 10 Oktyabr 2024

Nə qədər vətəndaşa aylıq ödəniş təyin olunub?

830
44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Prezident İlham Əliyevin göstərişi ilə şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək tədbirlərinin bir istiqaməti də onların sosial ödənişlərlə təminatıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeyd olunan dövrdə şəhid ailələri üzvləri və müharibə veteranları olan 106 min şəxsə 119 min aylıq sosial ödəniş, 24,1 min şəxsə birdəfəlik ödəmə təyin olunub.

Bakupost.az xəbər verir ki, bu barədə ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, postmüharibə dövründə həmin kateqoriyalara aid şəxslərə ödənilən müavinət və təqaüdlərin məbləği orta hesabla 2 dəfəyədək artırılıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar