Ru
16:37 / 20 Fevral 2025

“Bu qədər silahlanmanın sonu müharibədir” - AÇIQLAMA

“Bu qədər silahlanmanın sonu müharibədir” - AÇIQLAMA
Eye

Ermənistan bir tərəfdən sülhdən danışır, Azərbaycan, Türkiyə və digər ölkələrin iştirakı ilə yeni əməkdaşlıq formatlarından bəhs edir, digər tərəfdən isə sürətlə silahlanır. Paşinyan deyir ki, guya Ermənistanın silahlanması müdafiə qabiliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üçündür. Lakin 2020-ci ildən bu günə qədər Ermənistanın silahlanması o qədər sürətlə gedib ki, hətta bəzi beynəlxalq standartlardan da xeyli irəli çıxıb”.

Bunu Bakupost.az -a politoloq Samir Hümbətov bildirib.

Onun sözlərinə görə, Azərbaycan sülh prosesində Ermənistana konkret şərtlər irəli sürüb və məhz bu şərtlər əsasında sülh müqaviləsinin imzalanmasını istəyir. Əsas şərtlərdən biri Ermənistanın silahlandırılmasının dayandırılmasıdır:


"Lakin Ermənistan silahlandırmağı dayandırmaq əvəzinə silah aldığı ölkələrin sayını artırır. Görünən odur ki, təkcə bu ölkənin deyil, eyni zamanda ona silah satan dövlətlərin də əsas məqsədi bölgədə qalıcı münaqişəni təmin etməkdir".

Politoloq qeyd edib ki, Ermənistan hələ ki nə konstitusiyasında dəyişiklik edib, nə də kommunikasiyanın açılmasını təşkil edib. Bu sadalanan dəyişikliklər edilməsə, hansısa sülhdən danışmaq çətin məsələdir:

“Bu qədər silahlanmanın sonu yeni müharibə deməkdir. Ancaq Ermənistan unutmasın ki, Azərbaycan istər sülh danışıqları masasında, istərsə də müharibə meydanında kifayət qədər güclüdür. Yenə də uduzan tərəf Ermənistan olacaq”.

Sevinc,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar