Ürək xəstəlikləri müasir dövrün ən çox yayılan xəstəliklərindən biri olub. Lakin sağlam qidalanma və pəhrizlə ürəyinizi qoruya bilərsiniz.
İnfarktın qarşısını alan qidalarla sizi tanış edirik:
Yağlı balıqlar
Yağlı balıqlar ritm pozuntusu və damar tıxanıqlığının qarşısını almağa kömək olur. Həftədə 2-3 gün bu balıqlardan yeyə bilərsiniz.
Nar
Antioksidant ehtiva edir, təzyiqi aşağı salır, qan dövranını nizamlayır və hemoqlobin səviyyəsini artırır.
Darçın
Ürək və damar xəstəlikləri ilə mübarizə aparır. Maddələr mübadiləsini sürətləndirir və çəkini azaltmağa kömək olur.
Sarımsaq
Damarları açır, təzyiqi aşağı salır, damarların daralmasına mane olur, aterosklerotik düyünlərin meydana gəlməsinin qarşısını alır.
Saf zeytun yağı
Gündə yalnız bir neçə qaşıq zeytun yağı pis xolesterolu azaldır, qan şəkərini tənzimləyir.
Alma və armud
Lif baxımından zəngin olan alma və armud ürəyi qoruyur. Qan dövranını nizamlayır.
Avokado
Pis xolesterolu azaldır və damarları təmizləməyə kömək edir. Tərkibinə sağlam yağlar daxildir.
Yulaf əzməsi
Lif baxımından zəngin olan yulaf əzməsi pis xolesterolu məhv edir, həzmi sürətləndirir. Generasiya olunmamış yulaf ən sağlam seçimdir.
Bitter şokolad (Minimum 60-70% kakaolu)
Təzyiqi normallaşdırır, iltihab və qan laxtalanması ilə mübarizə aparır.
Brokoli və ispanaq
Tərkibindəki vitamin, mineral və antioksidantlarla ürəyi aktiv hala gətirir və təzyiqi tənzimləyir. Eyni zamanda lif baxımından da zəngindir.
Meşə meyvələri
Moruq, çiyələk və digər meşə meyvələri təzyiqi aşağı salır və damarları açmaq baxımından olduqca təsirlidir.
Yaşıl çay
Gündə yalnız 1 stəkan yaşıl çay xolesterol düyünlərinin yaranmasının qarşısını alır. Maddələr mübadiləsini sürətləndirir və artıq çəki ilə mübarizə aparır.
Qarpız
Damar sağlamlığında əhəmiyyətli rol oynayır. Xolesterol səviyyəsini stabil hala gətirir və antioksidant ehtiva edir.
Çərəzlər
Tərkibindəki zülal lifləri sayəsində ürəyi qoruyur. Çərəzlərin tərkibindəki E vitamini pis xolesterolu azaltmağa kömək edir.