Terapevt və dietoloq Regina Axunyova düzgün qidalanmamaq və piylənməni bir çox xərçəng növünün yaranmasında əsas risk amili sayır.
Bakupost.az xəbər verir ki, bu barədə o öz "Telegram" kanalında canlı yayım zamanı bildirib.
Həkim qeyd edib ki, bəzi hallarda xərçəng hətta sağlam həyat tərzi keçirən insanlarda da inkişaf edir. Lakin ölümcül xəstəliyin yaranma ehtimalını azaltmaq mümkündür. Onun sözlərinə görə, yanlış qidalanma xərçəng diaqnozu ilə üzləşmə ehtimalını dəfələrlə artırır.
Axunyova sağlamlığın əsas düşmənlərindən birinin paketlərdə satılan qidalar - kolbasa, sosiska, peçenye, konfet, şirin qazlı içkilər, həll olunan qəhvə olduğunu bildirib:
"Hazırda qidaların 80 faizi paketlər olur. Yalnız 20 faizi təbii qidalar var, halbuki əksinə olmalıdır. Əgər həmin qidaları rasionunuzdan çıxarsanız, xərçəngdən özünüzü xeyli qorumuş olarsınız".
O, həmçinin xərçəngin inkişafını təhrik edə biləcək qidalar sırasına qırmızı əti, kolbasa və donuz ətini də daxil edib.
Axunyova əlavə edib ki, piylənmə də xərçəngin yaranma riskini artırır. Onun sözlərinə görə, 13 növ xərçəng artıq çəki ilə əlaqələndirilə bilər.
Bundan əvvəl onkoloq Kerol Sikora bildirmişdi ki, öd kisəsi xərçəngi 50 yaşdan aşağı insanlarda daha tez-tez rast gəlinir. Bu səbəbdən o, gəncləri daha çox meyvə-tərəvəz yeməyə və müntəzəm olaraq idmanla məşğul olmağa çağırıb ki, piylənmədən yayınsınlar və riskləri minimuma endirsinlər.
Lalə, BakuPost