Ru
10:28 / 28 Yanvar 2025

Bu şəxslər ABŞ ordusunda xidmət keçməyəcək

Bu şəxslər ABŞ ordusunda xidmət keçməyəcək
Eye

ABŞ Prezidenti Donald Tramp Amerika ordusunun islahatları ilə bağlı dörd fərman imzalayıb. Bu fərmanlardan biri transgenderlərin orduda xidmətini qadağan edir.

Bakupost.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Yeni fərmanlara əsasən, transgenderlərin hərbi xidməti və orduda müxtəliflik, bərabərlik və inklüzivliyə yönəlmiş proqramlar ləğv edilib. Bundan əlavə, Tramp COVID-19 peyvəndi vurdurmaqdan imtina etdiklərinə görə işdən çıxarılan hərbçilərin vəzifələrinə qaytarılmasını təmin edib. Həmin hərbçilərə ödənilməmiş əməkhaqları da veriləcək. Prezident həmçinin "növbəti nəsil" raketdən müdafiə sistemi yaradılmasını da təsdiqləyib.

ABŞ rəsmisinin bildirdiyinə görə, Trampın yeni fərmanında cinsiyyətini dəyişmiş şəxslərin sağlamlıq meyarlarına uyğun gəlmədiyi ayrıca vurğulanıb. O əlavə edib ki, transgender şəxslərin xüsusi tibbi yardıma ehtiyacı olduğu üçün bu, ordunun döyüş hazırlığına və yerləşdirilməsinə mənfi təsir göstərir.

Trampın transgenderləri ABŞ ordusundan uzaqlaşdırmaq niyyətində olduğu ilk dəfə noyabr ayının sonunda məlum olmuşdu.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar