Ru
01:17 / 21 Sentyabr 2024

Bu şəxslərə “Telegram”dan istifadə etmək qadağan olundu

752
Ukraynada hökumət üzvləri, hərbçilər, ordu və təhlükəsizlik orqanlarının şəxsi heyəti “Telegram” platformasından istifadə edə bilməyəcəklər.

Bakupost.az xəbər verir ki, bu barədə Ukraynanın Milli Müdafiə və Təhlükəsizlik Şurası məlumat yayıb.

Bildirilir ki, "Telegram" kiberhücumlar, zərərli proqramların yayılması, istifadəçilərin geolokasiyasının müəyyən edilməsi, raket zərbələrinin tənzimlənməsi üçün fəal şəkildə istifadə olunur. Bunun qarşısını almaq üçün dövlət qulluqçularına, hərbi qulluqçulara, təhlükəsizlik və müdafiə sektoru işçilərinə, eləcə də ölkənin kritik cəhətdən əhəmiyyətli infrastrukturlarının istismarı ilə məşğul olan şirkətlərin əməkdaşlarına "Telegram"dan istifadə etmək qadağa olundu.

Bu platformadan xidməti məqsədləri üçün yararlanan şəxslər məhdudiyyətlərdən kənarda qalacaq. / Teleqraf/


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar