Ru
14:49 / 29 Aprel 2025

Bu şəxslərin ailəsinə 960 manat veriləcək

Bu şəxslərin ailəsinə 960 manat veriləcək
Eye

Azərbaycanda vəfat edən şəxsin yaxınlarına dəfnlə bağlı maddi dəstək göstərilir. Bu məqsədlə dəfn müavinəti verilir. Təəssüf ki, bir çox insan bu hüquqdan ya xəbərsizdir, ya da onu necə əldə etməli olduğunu bilmir.

Dəfn müavinəti nədir? Kimlərə verilir, nə qədərdir?

Bakupost.az globalinfo.az-a istinadla xəbər verir ki, ölüm sosial sığorta hadisəsi hesab olunur.

Dəfn üçün müavinət də sosial sığorta üzrə ödəmələrin bir növüdür. Buna görə birdəfəlik müavinət “İşsizlikdən sığorta haqında” qanuna uyğun olaraq, işsizlikdən sığorta ödənişi alan, sığorta olunan şəxslər və ya əmək pensiyası alan şəxslər vəfat etdikdə ödənilir.

3 misli qədər…

Belə ki, işsizlikdən sığorta alan və sığorta olunan şəxslər vəfat etdikdə müavinətin məbləği 500 manat olur. Əmək pensiyası alan şəxslər vəfat etdikdə isə sözügedən ödəniş pensiyanın minimum məbləğinin 3 misli qədər müəyyən edilir.

Nəzərə alsaq ki, hazırda əmək pensiyalarının minimum məbləği 320 manatdır, o zaman bu ödəniş 960 manatdır.

Qaydalara əsasən, müavinət müraciətetmə müddətindən asılı olmayaraq, vətəndaşın ölümü ilə əlaqədar onun dəfni ilə bağlı xərclər təyin edilir və ödənilir.

Müavinət necə əldə edilir?

Sosial müavinətin təyin olunması üçün şəxs yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər.

Qeyd edək ki, mövcud qaydalara əsasən, dəfn üçün müavinəti bütün vətəndaşlar ala bilmir. İşsizlikdən sığorta ödənişi almayan, sığorta olunmayan və əmək pensiyası olmayan şəxslər vəfat etdikdə onların dəfninə görə ödəniş edilmir.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar