Ru
13:20 / 19 Mart 2025

Bu tarixdə ilin ilk Günəş tutulması olacaq

Bu tarixdə ilin ilk Günəş tutulması olacaq
Eye

Martın 29-da 2025-ci ilin ilk Günəş tutulması baş verəcək. Bu, qismən Günəş tutulmasıdır.

Bakupost.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Qeyd edilib ki, bu hadisə 3 saat 52 dəqiqə 50 saniyə davam edəcək. Belə ki, martın 29-u saat 12:50:35-də başlayıb saat 16:43:25-də sona çatacaq.

Tutulma maksimum saat 14:48:36-da olacaq. Qismən tutulma Azərbaycan ərazisində müşahidə olunmayacaq. Bu, yalnız Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünəcək.

Qeyd edək ki, Günəş tutulması adi astronomik hadisədir. Heç bir canlı üçün təhlükə törətmir.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar