Ru
15:30 / 01 İyul 2024

"Bu təkliflə razılaşmaq Zelenski üçün ölümə bərabərdir" - ŞƏRH

1761
Ötən gün Rusiya lideri Vladimir Putinlə danışıqların mümkünlüyündən danışan Ukrayna prezidenti Vladimir Zelenskiyə Kremlin reaksiyası gecikməyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Moskva istənilən dialoqa hazırdır, lakin bir şərtlə ki, bu, Rusiyanın qarşıya qoyduğu məqsədlərə nail olmağa kömək etsin.




Məsələni Bakupost.az -a şərh edən politoloq Zərdüşt Əlizadə deyib ki, Rusiya hələ də Ukraynaya qalib gələcəyinə, onun 15 vilayətini ilhaq edəcəyinə və bu qanunsuz işğalı tanıtdıracağına ümid edir.


Onun sözlərinə görə, Rusiya Ukraynanın bitərəf ölkə elan edilməsini, ordusu və silahlarının müəyyən həddə endirilməsini və özünün Ukraynanın əsas təhlükəsizlik qarantı kimi qəbul olunmasını istəyir:


"Ancaq Ukrayna bunu qəbul edə bilməz. Bu, onun üçün müstəqilliyin itirilməsi deməkdir: Lakin Ukraynanın hakim zümrəsinin son otuz ildə talançı siyasəti nəticəsində bu ölkə öz sənaye potensialı və hərbi qüdrətinin çox hissəsini itirib. İndi o, apardığı müharibədə Qərbin dəstəyindən asılıdır”.


Z.Əlizadə Qərbin isə öz daxili siyasi problemləri ilə məşğul olduğunu bildirib:


“Tramla Bayden bir-birini qırır, ümumi iqtisadi durğunluq imkan vermir ki, ziyadə pullar olsun. Belə olan halda Qərb Ukraynaya deyir ki, sən gəl Rusiyanın əsəblərini soyut və şərtlərini qəbul elə. Bu şərtləri qəbul etmək isə Zelenski üçün ölümə bərabərdir. Onu vətən xaini elan edərlər”.


O, Zelenskinin sülhlı bağlı danışıqlarının deklarativ xarakter daşıdığını bildirib:


“Çünki danışıqların harda və necə olacağıyla bağlı konkret təklif yoxdur. Məsələn, bu yaxınlarda Rusiyanın iştirakı olmadan sülh konfransı keçirildi. Orda əksəriyyət tədbirdə Rusiyanın da iştirakını tələb etdilər. Zelenski dedi ki, ikinci görüşdə Rusiyanı da dəvət edəcəyik. Amma bu, nə vaxt, harda olacaq, bir söz demədi. Yəni Ukrayna hələ də ümid edir ki, Qərbdə vəziyyət dəyişəcək və ona silah verəcəklər. Həmçinin düşünür ki, Rusiyada vəziyyət pisləşəcək və o, Ukraynanın ərazi bütövlüyünü tanıyacaq. Hər iki tərəf öz ümidiylə yaşayır”.

Z.Əlizadə hazırda Ukrayna-Rusiya cəbhəsində ağır döyüşlərin getdiyini və heç bir tərəfin məğlub olmaq istəmədiyini bildirib.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər