Ru
10:47 / 12 Noyabr 2024

Bu titul üzrə Qarabağın adı nəhənglər sırasında..

Bu titul üzrə Qarabağın adı nəhənglər sırasında..
Eye

Avropanın milli çempionatlarında ən çox böyükhesablı qələbə qazanan komandaların siyahısı müəyyənləşib.

Bakupost.az xəbər verir ki, Misli Premyer Liqasının lideri “Qarabağ” da həmin cədvəlin ön sıralarındadır.

Çempionatın 13-cü turunda “Zirə”ni 4:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisi cari mövsüm keçirdiyi 12 matçın yarısında – 6-da 3 və ya daha böyük hesabla rəqiblərini üstələyib. Qurban Qurbanovun yetirmələri bu göstəriciyə görə, “Benfika” (Portuqaliya), “Barselona” (İspaniya) və TNS-lə (Uels) üçüncü sıranı bölüşdürür.

Oyun sayı baxımından yalnız “Benfika” təmsilçimizi qabaqlaya bilər. “Barselona” və TNS isə daha çox qarşılaşma keçirərək 6 böyükhesablı qələbəyə nail olub.

Sıralamada ilk pilləni “Srvena Zvezda” tutur. Serbiya klubu ölkə çempionatında 14 matçdan 8-də rəqiblərini 3 və ya daha çox top fərqi ilə məğlub edib. “Sportinq” isə 11 oyunun 7-də bunu bacararaq ikinci sırada qərarlaşır.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar