Ru
15:37 / 06 Mart 2025

"Bu, Trampın təkbaşına həll edəcəyi məsələ deyil" - Hüquqşünas

 "Bu, Trampın təkbaşına həll edəcəyi məsələ deyil" - Hüquqşünas
Eye

"Tramp çıxış edib deyir ki, mən ölkəni Ümumdünya Səhiyyə Təşkilatına üzvlükdən çıxardım. Sonra da deyir ki, BMT-nin İnsan Hüquqları Şurasından da çıxdıq. Hüquqi nonsens. Birincisi, ÜST BMT-nin ixtisaslaşmış 14 idarəsindən biri olsa da, müstəqil beynəlxalq təşkilatdır. Beynəlxalq publik hüququn subyektidir. Ona üzv olmaq üçün nizamnaməsinin icra orqanı imzalayır, parlament ratifikasiya edir".

Bakupost.az xəbər verir ki, bunu hüquqşünas Sahib Məmmədov bildirib.

O qeyd edib ki, Konqresin hər iki palatasında denosasiya məsələsinə baxılmayıb:

"Bu məsələ Prezidentin təkbaşına həll edəcəyi məsələ deyil. İkincisi, BMT İnsan Hüquqları Şurası ayrıca beynəlxalq təşkilat deyil, təşkilatın sturukturuna daxil olan qurumdur. Ondan necə çıxmaq olar? Hazırda ABŞ İnsan Hüquqları Şurasının üzvü deyil. Şuranın tərkibi dövrü olaraq dəyişən 47 dövlətdən ibarətdir. İştirakçıların yarısı əl çalır, o biri yarısı da etiraz edir. Proses ştatlar səviyyəsinə keçsə, ABŞ üçün yaxşı olmayan nəticələrə gətirə bilər. Amma çıxışın əksəriyyət hissəsi çox maraqlıdır. Xüsusən inklüzüvliklə bağlı hissə. Belədə nəyimizə gərək? ABŞ xalqı müdrikdir. Özləri həll edər".

Zaur,BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar