Ru
14:45 / 21 Fevral 2025

Bu universitetdə dərslər təxirə salındı

Bu universitetdə dərslər təxirə salındı
1030

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində axşam dərsləri təxirə salınıb.

Bakupost.az xəbər verir ki, Modern.az-ın əldə etdiyi məlumata əsasən, buna səbəb hava şəriti olub.

Ali təhsil müəssisəsi saytın sorğusuna cavab olaraq məlumatı təsdiq edib.

Qeyd edilib ki, qarlı hava şəraiti ilə əlaqədar 16:00-dan sonra hava şəraiti ilə əlaqədar olaraq dərslər keçirilmir, axşam dərsləri isə təxirə salınıb.

Həmçinin ADA Universitetinin kampusu açıq olsa da, hava şəraiti ilə bağlı əməkdaşların evdən işləməsinə, dərslərin isə onlayn formatda keçirilməsinə icazə verilib.

Bildirilib ki, tələbələrin kampusa gəlməsi ilə bağlı heç bir qadağa və ya məhdudiyyət tətbiq edilmir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar