“Elə universitetlər var ki, paytaxtdan kənara köçürmək olar. Məsələn, texnoloji universitetləri. Amma bunun üçün böyük kampusun inşa olunması vacibdir. Kiçik bir ərazidə tədrisin elmi-nəzəri, praktiki tərəfini qurmaq qeyri-mümkündür. Bütün bunlar ciddi şəkildə nəzərdən keçirilməlidir”.
Bakupost.az xəbər verir ki, bunu təhsil eksperti Etibar Əliyev bildirib.
Onun sözlərinə görə, dünyanın bir çox inkişaf etmiş ölkələrində universitetlərin böyük əksəriyyəti kampuslara malik olmaq üçün şəhərdən kənar ərazilərdə yerləşir:
“Kaqmpus mütləq şəkildə olmalıdır. Bu, ali təhsil müəssisələrinin reytinqinin əsas göstəricilərindən biridir”.
Ekspertin sözlərinə görə, müasir informasiya texnologiyalarına, yüksək tələblərə cavab verən avadanlıqlara malik olmayan universitet müəyyən bir müddətdən sonra zamanla ayaqlaşa bilməyərək, sıradan çıxacaq. Bunun üçün də tədris olunan dərslərin effektivliyini artırmaq, müasir texnologiyaların olduğu sinif otaqları, laboratoriyalar, zəngin kitabxana və bir çox sosial təsisatların olması zəruridir:
“Əgər paytaxtdan kənarda kampuslar qurulacaqsa, onda orada elmlə məşğul olmaq istəyənlər üçün hər cür şərait yaradılmalıdır ki, tələbə kənara çıxmasın, yolda boş vaxt itirməsin. Bu gün kampus yoxluğu tələbələrin informasiya texnologiyalarından mobil şəkildə istifadəsinin, gənclərin kitabxanalara cəlb edilməsinin qarşısını alır”.
Sevinc,
BakuPost