Rusiya Federasiya Şurası Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin Avropanın dondurulmuş Rusiya aktivlərinin geri qaytarılması ilə bağlı narahatlığına cavab verib.
Bakupost.az xəbər verir ki, o, Lenta.ru-ya verdiyi müsahibəsində "başqasının pulunu düşünmək və xüsusilə onu oğurlamağa çalışmağın" mədəniyyətsizlik olduğunu vurğulayıb.
"Başqasının pulunu düşünməyə dəyməz, xüsusilə də onları oğurlamağa çalışmamalısız", - Karasin vurğulayıb.
""Financial Times"ın bunu yazması təsadüfü deyil. Çünki Kir Starmer Kiyevdə olarkən imzaladığı bütün müqavilələrin bir hissəsi Rusiyanın bəzi aktivlərinin Kiyev rejiminə ödəniləcəyini işarə edirdi", - deyə Karasin əlavə edib.
Senator bildirib ki, başqasının pulunu idarə etmək qeyri-etikdir, gələcəkdə xərcləmək mümkün olmayacağına görə o pul üçün narahat olmaq isə vicdansızlıq və siyasi etikaya ziddir.
Lalə, BakuPost