Ru
15:29 / 07 Oktyabr 2024

Bu xəstəxananın 10 min manat vergi borcu var - Rəhbəri icra başçısının bacısıdır

Bu xəstəxananın 10 min manat vergi borcu var - Rəhbəri icra başçısının bacısıdır
Eye

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun bacısının direktor olduğu xəstəxananın 10 min manatdan çox vergi borcu var.


Bakupost.az qaynarinfo-ya istinadla xəbər verir ki, icra başçısının bacısı Səfərova Kamalə Əsəd qızı 2019-cu ildən Şuşa Mərkəzi Rayon Xəstəxanasının direktorudur.


Yasamal rayonu, Əsəd Əhmədov 26 ünvanında yerləşən xəstəxanın hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinə 10147.21 manat vergi borcu var.

Xəstəxanaya DVX tərəfindən iki dəfə 1000 manat maliyyə sanksiyası da tətbiq edilib.



Qeyd edək ki, Bayram Səfərovun qızı Gülnar Qurbanova isə Yeni Yasamal qəsəbəsi, Ə.Əhmədov küçəsində yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru olub. Hazırda sözügedən məktəb adını dəyişərək Bakı şəhər 336 nömrəli tam orta məktəb olub. Sözügedən məktəbin direktoru Gülnar Qurbanovadır.




Bu xəstəxananın 10 min manat vergi borcu var - Rəhbəri icra başçısının bacısıdır
Bu xəstəxananın 10 min manat vergi borcu var - Rəhbəri icra başçısının bacısıdır
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar