Ru
12:50 / 01 İyul 2024

“Bu yenilik saxtakarlığın qarşısını alacaq” - Aydın Mirzəzadə

1356
Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı fərmana əsasən, iyulun 1-dən hərbi xidmətə çağırışla bağlı yeni qaydalar qüvvəyə minir. Belə ki, yeni qaydalara əsasən, şəxsin hərbi xidmətə yararlı olub-olmamasına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nəzdində olan hərbi həkim komissiyası deyil, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyinin həkim komissiyası qərar verəcək.


Bakupost.az -a açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib ki, hərbi qanunvericiliyə edilən dəyişikliklər sırasında hərbi xidmətə yola düşəcək gənclərin agentliyin həkim komissiyası tərəfindən müayinə edilməsi nəticəsində səhhətində ciddi problemləri olan gənclərin hərbi xidmətə göndərilməsinin qarşısı alacaq.


Onun sözlərinə görə, gənclərimiz ümumən sağlamdır, hərbi xidmətə yararlıdır, amma bəzi gənclərin ya gizlin, xroniki və yaxud da müayinədən sonra xəstəlikləri olduğu üzə çıxır:

“Bu gənclərin hərbi xidmətə çağırılması onların xəstəliklərini daha da ağırlaşdıra bilər. Bu, həm ailə, həm cəmiyyət, həm də dövlət üçün ağrılı məsələ ola bilər. Bu baxımdan bunların qarşısı alınması üçün belə bir addım atılıb”.

A.Mirzəzadə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətlərində sui-istifadə hallarının qarşısının alınması üçün addımlar atıldığını bildirib:

“Bir vaxtlar bütün bu neqativ halların qarşısını almaq üçün Hərbi Səfərbərlik Xidməti təşkil olundu, rəhbərlik yeniləndi. Bilirsiniz ki, bir neçə rayonda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisi işdə yol verdiyi saxtakarlığa görə saxlanıldılar. Bütün bunların hamısı həmin sistemdə şəffaf, hər hansı qanunsuzluğun qarşısını almaq üçün şərait yaradır. Hesab edirəm ki, hərbi səfərbərlik şöbəsiylə yanaşı, onunla bir idarədə olmayan strukturun sağlamlıq məsələlərinə rəy verməsi bu sahədə mümkün ola biləcək saxtakarlığın qarşısını almağa imkan verir”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər