Masallı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində təmir işləri ilə əlaqədar dekabrın 28-də elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq saat 09:30-dan saat 14:00-dək rayonun Köhnə Alvadı, Binə Xocavar, Stansiya Masallı, Çaxırlı kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.