Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bakupost.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, Lənkəran Elektrik Şəbəkəsində (EŞ) 10 kV-luq elektrik xəttində aparılan təmir işləri ilə əlaqədar dekabrın 29-da elektrik xətləri sifarişə əsasən açılacaq.
Saat 10:00-dan saat 14:00-dək şəhərin 20 Yanvar, Mirsalayev, Şəkər Aslan, Müzəffər Nəsirli, Hacılar, Elnur Talıbov, Şeyx Zahid küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.