Ru
14:59 / 25 Sentyabr 2024

"Bu, Zelenskinin ölümcül səhvidir" - Peskov

752
Rəsmi Kremlin sözçüsü Dmitri Peskov Ukrayna prezidenti Vladimir Zelenskinin “Rusiyanı sülhə məcbur etmək” mövqeyini ölümcül səhv adlandırıb.

Bakupost.az RİA Novosti-yə istinadla xəbər verir ki, o, bu cür aldanmanın Ukrayna tərəfi üçün qaçılmaz nəticələri olacaq.

Peskov Kremlin Ukrayna liderinin sözügedən mövqeyinə reaksiyası ilə bağlı sualı cavablandırarkən, Peskov "Mənim nöqteyi-nəzərimdən bu cür mövqe tutmaq ölümcül səhvdir" deyib.

Bundan əvvəl Vladimir Zelenski BMT Təhlükəsizlik Şurasının iclasında Ukraynadakı münaqişənin həlli üçün Rusiya Federasiyası ilə danışıqların aparılmasına qarşı çıxıb. Ukrayna lideri çıxışında münaqişənin həllində özünün “sülh formulundan” istifadə edilməsinin tərəfdarı olduğunu bildirib və “ikinci sülh sammitinin hazırlanmasına” çağırıb.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar