“Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Azərbaycanda birgəyaşayış: Azsaylı xalqların sosial-mədəni dəyərlərinin təbliği istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində “Azərbaycanda birgəyaşayış” adlı növbəti video-müsahibə buduqlara həsr olunub.
Bakupost.az xəbər verir ki, müsahibənin qonağı Qubada yaşayan tarixçi, AYB üzvü Cəlaləddin Budadoğlu olub.
C.Budadoğlu ilə Qubada görüşərək, buduqların tarixi, müasir dövrdə sosial-mədəni inkişafı ilə bağlı söhbət aparılıb.