Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:43 / 01 Noyabr 2024

Bulvarda gəmi gəzintisi bərpa olundu - Qiymətlər necədir?

1200
İkiillik fasilədən sonra “Mirvari” gəmisi yenidən fəaliyyətini bərpa edib və qiymətlər əvvəlki səviyyədə saxlanılıb.

Bakupost.az xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva jurnalistlərə açıqlamasında deyib.

Ə.Mehdiyeva bildirib ki, Bakı bulvarında 2022-ci ildən dəniz səviyyəsinin aşağı enməsi səbəbindən gəmi gəzintisinə fasilə verilib: “İlin əvvəlindən dənizin dərinliyi ölçülüb və nəticədə gəminin təhlükəsiz hərəkəti üçün yeni marşrut müəyyən edilib. Əvvəlki marşrut “Sadko” körpüsündən keçirdisə, indi gəmi Dəniz Vağzalının qarşısındakı körpüdən hərəkət edəcək. Bu ərazidəki dərinlik gəminin rahat və təhlükəsiz hərəkəti üçün əlverişlidir”.

Onun sözlərinə görə, gəmi xidmətinin yenidən başlanması ilə bağlı insanların marağını nəzərə alaraq və istismar xərclərinin artmasına baxmayaraq, Dənizkənarı Bulvar İdarəsi bilet qiymətlərini dəyişməyib: "Qiymətlər gəminin yerinə və mərtəbəsinə görə 5-10 manat arasında dəyişir. Bu tariflər 2015-ci ildə müəyyənləşdirilib. Gəminin təhlükəsizliyi Su Nəqliyyatında Polis İdarəsi və Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidməti tərəfindən təmin edilir".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar