Ru
11:54 / 14 Aprel 2025

“Bunu etməyimi falçı demişdi” - Bakıda qızına qarşı seksual zorakılıq edən atanın ŞOK İFADƏSİ

“Bunu etməyimi falçı demişdi” - Bakıda qızına qarşı seksual zorakılıq edən atanın ŞOK İFADƏSİ
Eye

Bakıda 44 yaşlı ata doğma qızına qarşı seksual xarakterli hərəkətlər edib. Məlumata görə, 2007-ci il təvəllüdlü qız son 3 il ərzində mütəmadi olaraq bu cür zorakılığa məruz qalıb.

Bakupost.az "Müsavat"a istinadən xəbər verir ki, ata özünü təqsirli bilməyib.

Deyib ki, qızını ona qarşı ifadə verməyə anası və əmisi məcbur edib.

Qasım (ad şərtidir) bildirib ki, qızı başqa oğlanlarla danışıb və erkən yaşda evlənmək istəyib. Buna görə qızını iki dəfə döyüb. Onun sözlərinə görə, qızı həmçinin bunun qisasını ondan alıb.

Məhkəmədə zərərçəkmiş kimi dindirilən qız deyib ki, atası dəfələrlə onu öpmək, ona toxunmaq istəyib. Lakin müqavimət göstərərək buna imkan verməyib.

“Atam bir dəfə mənə dedi ki, falçıya gedib. Guya falçı atama deyib ki, ailəmizin üstündə qara buludlar var. Həmin qara buludların dağılması üçün guya atam məni öpməli, qucaqlamalı imiş”, - deyə zərərçəkmiş qız ifadəsində göstərib.

Qızın sözlərinə görə, bir gün televiziyada atanın övladına qarşı zorakılıq etməsi barədə xəbər izləyib:

“Qız atasını gizli videoya çəkib polisə şikayət etmişdi. Mən də atamın səsini yazıb ondan şikayət etdim”.

Zərərçəkmiş qız əlavə edib ki, iki dəfə ona elçi gəliblər. Lakin ərə getməyə razılaşmayıb.

Məhkəmə atanın qızına qarşı seksual xarakterli hərəkətlər etməsini etiraf etdiyi səs yazılarını da sübut kimi araşdırıb. Həmin səs yazılarında ata qızına falçının istəyi ilə münasibətdə olmalarının vacib olduğunu deyir.

Qızına qarşı seksual xarakterli hərəkətlər edən şəxs məhkəmənin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar