"Ölümlə üz-üzə ikən güclü olduğumu anladım. Bu gün burada çıxış etməyim möcüzədir".
Bakupost.az Oxu.az-a istinadla xəbər verir ki, bunu 2025 "Konstitusiya və Suverenlik" ili çərçivəsində Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbirdə AZAL-ın təyyarə qəzasında sağ qalan bələdçi Aydan Rəhimli deyib.
O, birlikdə çalışdığı iş yoldaşlarını itirməyin ağır olduğunu ifadə edib.
"Bəzən həyat bizi gözlənilmız sınaqlarla üz üzə qoyur. O anda biz içimizdəki gücü, iradəni hiss edirik".
O, Prezident İlham Əliyevə, dəstək olan, dua edən soydaşlarımıza, tibb işçilərinə təşəkkürlərini bildirib.