Hansı bank etibarlıdır? - SORĞU
Ru
11:51 / 09 Oktyabr 2024

Bütün elmi dərəcələr ləğv edilməlidir - Ekspert

2117
“Məlum olduğu kimi, ötən gün Elm və Təhsil naziri Emin Əmrullayev “Elmi dərəcəsi olanların hamısı əsl alim deyil. Dünyada phd (fəlsəfə doktoru) elmi dərəcəsi olan adamların hamısı əsl alim deyil. Biz belə elmi dərəcəsi olanlara "siz alim deyilsiniz" deməkdən qorxmalı deyilik. Alimin elmi tədqiqatı olmalıdır" kimi fikirlər səsləndirib. Mən nazirin fikirləri ilə tam razıyam. Alim, elm adamı olmaqla elmi dərəcəsi olan arasında böyük fərq var. Nazir deyib ki, biz belə elmi dərəcəsi olanlara "siz alim deyilsiniz" deməkdən qorxmalı deyilik. Bir çox hallarda bu statuslu insanlar cəmiyyətin irəliləyişinə, inkişafına ən böyük maneələrdir. Hər kəsə bacarığına görə, əldə etdiyi nəzliyyətlərə görə qiymət verilməli və buna uyğun addınlar atılmalıdır”.


Bu fikirləri Bakupost.az -a təhsil eksperti Elşən Qafarov deyib.

Ekspert qeyd edib ki, bütün elmi dərəcələr üzrə verilən statuslar ləğv edilməlidir:

“ Dərəcələr olsun, amma onlar xüsusi statusa malik olması vacib deyil. Fikrimcə, bu sahədə ciddi addımların atılması vacibdir. İllərdir ki, elmin qarısını alan, problemə çevrilən professor, elmlər və fəlsəfə doktorlarının xüsusi statusunu ləğv etmək lazımdır. Məlumdur ki, elmi dərəcəni müdafiə etdikdən sonra müəyyən əlavələr verilir. O əlavələr də ləğv edilməlidir. Hər bir alimin elmi aradırmalarına görə ödənişlər etmək lazımdır. Əgər elmi dərəcəsi olan şəxslərin elmi fəaliyyəti, işi yoxdursa, müəyyən dövr qoyulmalı və o dövr başa çatdıqdan sonra verilən elmi dərəcə ləğv edilməlidir. Bu yolla biz elmi işi olan alimlərin sayını artıra bilərik”.

Sevinc,
BakuPost




Şərhlər
  • mushahideci.

    Sizlere melum olsun ki, 60-ci illerin sonondan sonra, Azerbaycanda elmde tomozlanma gedib, institutlarda rushvet artib. Bugun, bu qeder sayda ali mektebler vacibdirmi, ne qederki, partalar dolmayib, qiymet- kecid ballari ashagi salinacaq, cunki, hamisi elm ucun yox, kammersiya xarakteri dashyir. AAK- nin sedrliyinden Akademik Mirzecanzadeni kenarlashdirmaq ne demek idi, bunun baisleri kimlerdir? Azerbaycani kut-kutleye cevirmek isteyenler!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar