Ru
21:38 / 25 Dekabr 2024

Bütün mədəni tədbirlər təxirə salındı - RƏSMİ

Bütün mədəni tədbirlər təxirə salındı - RƏSMİ
845

Dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan həlak olub və yaralanıb.

Bakupost.az xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə 2024-cü il dekabrın 26-da Azərbaycan Respublikasında matəm elan edilib.

Matəmlə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki teatr-konsert müəssisələrində 26 dekabr tarixinə nəzərdə tutulan bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb.

Mədəniyyət Nazirliyinin kollektivi təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət diləyir, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah xəsarət alanlara şəfa versin.

Bütün mədəni tədbirlər təxirə salındı - RƏSMİ
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar