Ru
13:58 / 01 Mart 2025

Buzlu yollarda qəza riski yüksəlib– Rəsmi XƏBƏRDARLIQ

Buzlu yollarda qəza riski yüksəlib– Rəsmi XƏBƏRDARLIQ
Eye 950

Hazırda ölkə ərazisində şaxtalı hava hökm sürür.

Bakupost.az xəbər verir ki, bununla əlaqədar olaraq, BDYPİ sürücülərə xəbərdarlıq edib.

"Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz havanın davam edəcəyini nəzərə alaraq, bir daha sürücülərdən mümkün qədər şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyi, yola hazırlıqsız çıxmamağı, səfərlərini mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı xahiş edir.

Nəzərə almaq lazımdır ki, təchizatı kritik hava şərtlərinə cavab verməyən, xüsusilə şinləri normativ tələblərə uyğun gəlməyən avtomobillərin qarlı, buzlu yollarda istismarı digər sürücülər üçün əlavə çətinliklər yaradır ki, bu da ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinə səbəb ola bilər". - xəbərdarlıqda qeyd olunub.



Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar