11.27
REAL TV-nin "Sabaha Elnarə ilə" proqramının canlı efirində millət vəkili Hikmət Babaoğlunun halı pisləşib.
Bakupost.az xəbər verir ki, o, canlı efir vaxtı özünü pis hiss etdiyini və efirdən çıxmaq istədiyini bildirib. Aparıcının "Narahatsız" sualına H.Babaoğlu "Bəli" deyə cavab verib.
Əldə etdiyimiz məlumata görə, canlı efiri tərk edən H.Babaoğlunun vəziyyəti daha da pisləşib və o, yıxılıb. Bu səbəbdən REAL TV-yə təcili yardım xidməti çağırıldığı bildirilir.
***
13.03
Hadisə ilə bağlı
Bakupost.az -ın əməkdaşı H.Babaoğlu ilə əlaqə saxlayıb. Millət vəkili hazırda özünü yaxşı hiss etdiyini və evində olduğunu bildirib:
"Efirdə olanda təzyiqim düşmüşdü, ona görə proqramdan yarımçıq ayrıldım. Təəssüf ki, o, görüntülər efirə getdi. Hazırda özümü yaxşı hiss edirəm, evdəyəm. Maraqlandığınıza görə çox sağ olun".