Hansı bank etibarlıdır? - SORĞU
Ru
11:00 / 01 Oktyabr 2024

Cannes-da qızıl mükafat qazandıq - FOTO

1856

Azərbaycan Hava Yollarının sifarişi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilən “AZAL təhlükəsizlik videosu” Kann Korporativ Media və TV Mükafatlarının (Cannes Corporate Media and TV Awards) final mərhələsində qalib olub.


Bakupost.az xəbər verir ki, rejissoru BMC-nin peşəkar mütəxəssisi Fuad Quliyev olan film “Turizm xidmətləri” üzrə kateqoriyanın əsas mükafatını - “Qızıl Delfin” (Golden Dolphin Award) mükafatını əldə edib.


Film AZAL-ın uçuş təhlükəsizliyi təlimatına yaradıcı yanaşmanı nümayiş etdirir. Filmdə təhlükəsizlik uçuş təlimatları Azərbaycanın füsunkar təbiəti və turizmi fonunda göstərilir.


Kann Korporativ Media və TV Mükafatları dünyanın ən yaxşı korporativ filmləri, turizm və sənədli filmlərinin yarışdığı müsabiqədir. Bu il müsabiqəyə 46 ölkədən çoxlu sayda audiovizual əsərlər təqdim olunub.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar