Milli Məclisin deputatı Cavanşir Feyziyev jurnalistləri təhqir etdiyi statusunu silib.
Bakupost.az xəbər verir ki, millət vəkili Mətbuat Şurasının idarə heyətindən istefa verdikdən sonra cəmiyyətdə hiddətlə qarşılanan həmin yazını da səhifəsindən götürüb.
Qeyd edək ki, bir neçə gündür media və sosial şəbəkələrdə deputat Cavanşir Feyziyev və ailəsinə məxsus London məhkəməsində müsadirə olunan 5 milyon funt-sterlinq müzakirə olunur.
C.Feyziyev məsələ ilə bağlı müsahibə verərək məlumatı təsdiqləsə də, daha sonra geniş açıqlama yayıb.
Həmin açıqlamada o bir sıra jurnalistlərin adını çəkərək onları təhqir edib.