Ru
20:06 / 24 İyul 2024

Çay yığımı niyə ləngiyir? - Açıqlama

2380
“Qeyri-sabit hava şəraiti, bölgələrə yağan aramsız yağışlar çay plantasiyalarında yığıma mənfi təsir göstərir. Yağış səbəbindən çay yarpaqları yararsız hala düşür. Eyni zamanda dolu çay yarpaqlarını zədələyir, məhv edir. Nəticədə məhsuldarlıq aşağı düşür".

Bunu Bakupost.az -a iqtisadçı ekspert Akif Nəsirli bildirib.

O qeyd edib ki, çay kolları havalar tamamilə soyuyana, yəni payıza qədər məhsul verir:

"Son üç ayda havanın qeyri-sabit keçməsi ilə əlaqədar çay yığımı ləngiyir. Müqayisə olunsa görərik ki, keçən ilin eyni dövrü ilə müqayisədə bu il daha az yaşıl çay yarpaqları yığılıb".

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar