Ru
16:44 / 18 Aprel 2025

Çayxana sahibi 50 qəpikdən qumar oynadılar - Cərimə edildilər

Çayxana sahibi 50 qəpikdən qumar oynadılar - Cərimə edildilər
Eye

Goranboy rayonunda çayxanada 50 qəpik məbləğində qumar oynayan çayxana sahibi inzibati məsuliyyətə cəlb edilib.

Bakupost.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü D.R. saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə protokol tərtib olunub.

D.R. Goranboy rayonunun Zeyvə kəndində yerləşən çayxanada çay satışı ilə məşğul olub və bu yolla ailəsini dolandırıb. 3 mart 2025-ci il tarixində kənd sakinləri B.N., X.Z., M.D. və B.V. onun işlətdiyi çayxanaya gələrək qumar oynamaq istədiklərini bildiriblər. D.R. qumar oyunlarına maraqlı olduğu üçün bu təklifə razılıq verib və özü də oyuna qoşulub.

Onlar masa arxasında əyləşərək 50 qəpikdən qumar oynamağa başlayıblar. Bir müddət sonra polis əməkdaşları çayxanaya daxil olaraq prosesi videoya alıb və iştirakçıları saxlayıblar.

Məhkəmənin qərarı ilə D.R.-in çayxanasında 36 ədəd oyun kartı və 25 manat pul maddi sübut kimi müsadirə olunub. Çayxana sahibi 3000 manat məbləğində cərimə edilib. Qumar oynayan digər şəxslər də cərimələniblər.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar