Çeçenistanın paytaxtı Qroznıda yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.
Bakupost.az "Baza"ya istinadla xəbər verir ki, hadisə nəticəsində ikisi uşaq (4 və 6 yaşlı bacı-qardaş) olmaqla 4 nəfər həlak olub.
İlkin versiyaya görə, qəzaya səbəb texniki təhlükəsizlik qaydalarına əməl edilməməsidir.
Partlayış KAMAZ markalı avtomobildən yanacaq çənlərinə benzin vurarkən baş verib.
Zaur, BakuPost