Ru
17:44 / 22 Yanvar 2025

Çeklərdə QR-kodun oxunmamasının SƏBƏBİ - VİDEO

Çeklərdə QR-kodun oxunmamasının SƏBƏBİ - VİDEO
649

Bir çox vətəndaşlar bəzi marketlərdə verilən çeklərin fiskal və ya QR-kodların oxunmamasından şikayət edirlər.

Marketlərin bir çoxunda verilən qəbzlər keyfiyyətsiz olduğu üçün müştərilər əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılmasından yararlana bilmirlər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, ƏDV-nin qaytarılması hökumətin sosial siyasətinin bir hissəsidir:

"ƏDV çeklərinin düzgün formada verilməməsi istehlakçı hüquqlarının pozulmasıdır və vətəndaşlar bu kimi hallarla rastlaşdıqda "195" qaynar xəttinə şikayətlərini bildirməlidirlər".

Ətraflı ARB TV-nin süjetində:



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar