Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Bakupost.az -ın "Report"a istinadən məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonunun Maşlıq kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, idarəetməni itirən "VAZ 2107" markalı minik avtomobili dirəyə çırpılıb. Hadisə nəticəsində iki nəfər - rayon sakini, 1961-ci il təvəllüdlü Mirzəcan Cəfərov və 1974-cü il təvəllüdlü Nazim Əlihünbətov müxtəlif bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.